Qadin.NET / Azərbaycanda “Facebook” istifadəçiləri artır

Azərbaycanda “Facebook” istifadəçiləri artır

 

Azərbaycanda “Facebook” istifadəçiləri artır

"Global Stats" statistik mərkəzinin hesablamalarına əsasən, son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin itifadəçilərinin sayı kəskin artsa da, “Youtube” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.ANS PRESS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ölkəmizdə “Facebook” sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib.İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə “Youtube” sosial şəbəkəsi tutub.Üçüncü yerdə 2,24 faiz bazar payı ilə “Twitter” sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.“Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.

 

Mənbə: Mİlli.Az

4 noyabr 2014
GO BACK