İnternet istifadəçiləri maraqlı bir fotoşəkil hazırlayıblar.ANS PRESS-in məlumatına görə, internet istifadəçilərindən biri Almaniya kansleri Angela Merkelin şəkillərindən birinə əsasən onun smaylikini hazırlayıb. İnternet tarixində ilk dəfə hansısa siyasətçinin görüntüsündən istifadə edilərək hazırlanan smaylik haqqında xəbəri Fransanın “La figaro” qəzeti yayıb. Hazırlanan smaylikdə alman kanslerin barmaqlarını birləşdirib saxladığı məşhur hərəkəti ilə yanaşı, hər zaman üzündə gülüş ifadəsinin olması əks olunub. “Rossiya 24” televiziyasının mövzu ilə bağlı yayımlanan xəbərində smayliki hazırlayan internet istifadəçisinin digər siyasətçilərin də smaylikini hazırlayacağı bildirilir. Qeyd edək ki, smaylik, smayl (ing. smiley) və ya emotikon (ing. emoticon) insanın əhval-ruhiyyəsini təsvir edən işarədir. Smayliklər İnternet və SMSxəbərlərdə daha geniş yayılıblar.
Mənbə: ANS PRESS