
"Bu ay Moskvada keçiriləcək yunan-Roma güləşi üzrə Avropa Millətlər Kubokunda rusiyalıların əsas rəqibi Türkiyə və Azərbaycan yığmaları olacaq".Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi, beşqat dünya çempionuQoqi Koquaşvili deyib.Bununla belə, o, heç kəsdən qorxmadıqlarını bildirib: "Biz qələbəyə köklənmişik və istənilən rəqibə qalib gəlməyə hazırıq".Qeyd edək ki, turnir noyabrın 7-9-da Moskvada keçiriləcək.
Mənbə: Milli.Az