Argentina Prezidenti Kristina Fernandes de Kirşner Buenos Ayres şəhərində xəstəxanaya yerləşdirilib. Prezidentin təbiblərinin məlumatına görə, o, lazımi müayinə və müalicə üçün xəstəxanaya yerləşdirilib. Dövlət başçısı qida zəhərlənməsi ucbatından yaranmış mədə-bağırsaq infeksiyasından müalicə olunur. Prezidentin xəstəliyi ilə bağlı əlavə məlumat verilmir. Qeyd edək ki, ötən ilin oktyabr ayında Argentina Prezidenti Kirşner ağır əməliyyat keçirib. Həkimlər onun beynindən laxtalanmış qan çıxarıblar
Mənbə: Milli.Az