Qadin.NET / Türkiyədə böyük faciə

Türkiyədə böyük faciə

 

Türkiyədə böyük faciə
Türkiyədə dəhşətli faciə baş verib. ANS PRESS-in məlumatına görə, Bosfor boğazında qaçaqların daşındığı qayıq batıb. Bildirilib ki, batan qayıqda 40-a yaxın insan olub. Hadisə nəticəsində 10 adam ölüb, 29 nəfər yaralanıb. Hadisə yerində olanlar məlumat veriblər ki, həmin ərazidə dəhşətli səhnə yaranıb. “Dənizdə insan cəsədləri üzür. Bir neçə uşaq cəsədi də var. Yaralı insanların bağırtıları, imdad diləməkləri qulaqları batırır”, - deyə bildirilib. Hadisə yerinə həkim, polis və xilasedicilər cəlb olunub. İlk öncə dənizdə sağ qalan insanları xilas etmək üçün çalışırlar.
Mənbə:ANS PRESS
3 noyabr 2014
GO BACK