Qadin.NET / Kəskin soyuqlara cəld reaksiya

Kəskin soyuqlara cəld reaksiya

 

Kəskin soyuqlara cəld reaksiya
Paytaxta binalara istilik nəzərdə tutulmuş noyabr ayının 15-dən tez verilə bilər. "Azəristiliktəchizat"dan ANS PRESS-ə verilən məlumata görə, bu havaların kəskin soyuması ilə bağlıdır. İdarədən konkret vaxt bildirilməsə də havaların belə sərt keçməsi ilə əlaqədar çox güman noyabrın 15-ni gözləməyəcəklərini bildiriblər. Qeyd edək ki, noyabrın 2-si günün ikinci yarısından 3-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Noyabrın 2-də minimal temperatur Bakıda və Abşeron yarımadasında 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 4 dərəcəyədək isti təşkil edib. Proqnozlara görə, sqabah gecə Bakıda havanın temperaturu 2 dərəcə istiyədək enəcək.
Mənbə:ANS PRESS 
3 noyabr 2014
GO BACK