Türkiyədə yaşayan Halit Tekin adlı kişinin 4 qadından 32 uşağı var. ANS PRESS-in məlumatına görə, 54 yaşlı Halit Tekin 50 övlad sahibi olmaq niyyətindədir. İlk dəfə 22 yaşında ikən 15 yaşlı qızla ailə quran adam sonralar 3 qadınla da nikahsız yaşamağa başlayıb. “Uşaqlarımdan biri 6 ay əvvəl ölüb. İndi 12 oğlan, 32 qız övladım var. Hamısının adını əzbər bilirəm. Səhhətim imkan verərsə və Allah qismət etsə, uşaqların sayını 50-yə çatdırmaq istəyirəm. Onları çox sevirəm. Gəlinlərimlə və nəvələrimlə 60 nəfərlik ailəyik”, - deyə o əlavə edib. İlk həyat yoldaşından 5, ikincidən 14, üçüncüdən 5 və dördüncüdən 8 uşağı olan kişi 5 övladını evləndirdiyini, 18 nəvəsinin olduğunu deyib. Onun sözlərinə görə, qadınlar arasında heç bir problem yaşanmır, onların hər biri üçün ayrıca ev tutub.
Halit Tekin mahnı söyləməklə pul qazandığını deyib. Onun həyat yoldaşı isə dolanmaqda maddi çətinlik çəkdiklərini, dövlət qurumlarından və sosial yardım fondlarından kömək gözlədiklərini bildirdi.
Mənbə: ANS PRESS