Qadin.NET / Sabah şaxta olacaq

Sabah şaxta olacaq

Sabah şaxta olacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 2-4, gündüz 5-9 dərəcə olacaq. Rayonlarda da hava əsasən yağıntılı keçəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında temperatur gecə 0-5 dərəcə, gündüz 6-11 dərəcə, dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxta 4 dərəcə isti olacaq.

Mənbə:ANS PRESS 

3 noyabr 2014
GO BACK