Qadin.NET / Bakı kəndlərində sel köçü

Bakı kəndlərində sel köçü

 

Bakı kəndlərində sel köçü

Xocasən sakinləri sel təhlükəsi ilə qarşı-qarşıya qalıb. Sakinlərin ANS PRESS-ə verdiyi məlumatına görə 3 saatdan artıqdır ki, müvafiq dövlət qurumlarının məlumatlandırılıb. Buna baxmayaraq, Xocəsən sakinləri hələ də sel təhlükəsindən sovuşmayıblar. Artıq bəzi sakinlər özlərinə məxsus əşyaları götürərək evlərini tərk edirlər. Sakinlərin FHN-ə etdikləri zənglərə isə hələ də baxan yoxdur. Xocasən sakinləri ilə yanaşı Sulutəpə, Binəqədi, Biləcəri və s. istiqamətlərdə yollara su dolub. Vətəndaşların sözlərinə görə, hazırda yollara su dolması ilə əlaqədar həm tıxac yaranıb, həm də piyadaların hərəkəti üçün böyük çətinliklər yaranıb. Yağışlı hava şəraiti ilə əlaqədar səhər saatlarında yollarda qəzalar da olub. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun bildirib ki, qəza nəticəsində xəsarət alan olmasa da, maddi ziyan dəyib. Qeyd edək ki, Azərbaycan sinoptikləri noyabrın 5-dək ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil edəcəyini açıqlayıblar. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yağan yağışlar nəticəsində Bakıda bəzi evləri su basıb.

 

Mənbə: ANS PRESS

3 noyabr 2014
GO BACK