Qadin.NET / Bakı qışa hazırdırmı?

Bakı qışa hazırdırmı?

Azərbaycanda istilik sistemlərinin qoşulmasına iki həftədən az vaxt qalıb. Bəs "Azəristiliktəchizat" qış mövsümünə hazırdırmı? Milli.Az xəbər verir ki, sualın cavabını öyrənmək üçün  Day.Az saytının əməkdaşı "Azəristiliktəchizat"-ın abonentlərə xidmət üzrə rəisi Rafiq Əliyevlə əlaqə saxlayıb. "Hazırlıqla əlaqədar idarəmiz bəzi tədbirlər görüb. 2014/2015 mövsümü üçün yeni istilik mənbələri yaradılıb, mövcud istixanaların yenidən qurulması və modernləşməsi işləri həyata keçirilib", - o qeyd edib. Qurum rəsmisinin sözlərinə görə, 370 yaşayış binası və sosial obyektlərin istilik sistemləri bərpa edilib. Bu mövsümdə 534 istixana və 115 istilik məntəqəsi 3500 mənzili, 281 məktəbi, 155 uşaq bağçasını, 150 səhiyyə obyektini və 430 digər obyekti sosial istiliklə təchiz edəcək. 

Mənbə: Milli.Az

3 noyabr 2014
GO BACK