Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı gözlənilir. Bəzi rayonlarda yağıntının intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır.Qeyd edək ki, noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, temperatur 12 dərəcəyə kimi enib.
Mənbə: Milli.Az