Qadin.NET / Obama Putinə xəbərdarlıq etdi

Obama Putinə xəbərdarlıq etdi

ABŞ Rusiyaya Ukraynanın şərqinə qoşun yeritməklə bağlı xəbərdarlıq edib.ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının açıqlamasında bildirilir.Açıqlamaya görə, ABŞ separatçı Donetsk və Luqansk Xalq respublikalarında keçirilən seçkiləri tanımır və Rusiyanı qeyri-qanuni seçkilərin nəticələrindən istifadə edərək Ukraynaya qoşun və hərbi texnika yeritməməyə çağırıb və xəbərdarlıq edib.Qeyd edək ki, Ukraynanın rusiyayönlü separatçıların nəzarətində olan bölgəsində seçkilər keçirilib. Özlərini Luqansk və Donetsk vilayətlərinin rəsmiləri elan edən şəxslər bu seçkilərdə qondarma “xalqlar respublikası” üçün xalqlar şurası və liderlər seçəcəklər.Ukrayna hökuməti, ABŞ, Avropa Birliyi və BMT Baş Katibi Pan Gi Mun bu seçkiləri qeyri-legitim adlandırıb.

Mənbə: Milli.Az

3 noyabr 2014
GO BACK