Qadin.NET / Güclü qar Quba-Xınalıq yolunu iflic etdi

Güclü qar Quba-Xınalıq yolunu iflic etdi

APA-nın verdiyi məlumata görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.Quba 5 saylı Yol İstismar İdarəsindən (Yİİ) APA-ya verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Mənbə: Milli.Az

3 noyabr 2014
GO BACK