Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Noyabrın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzerTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasındabuludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Şimal-qərb küləyinin 18-23 m/s, gecə və səhər arabir 25-30 m/s sürətlə əsəcəyi, yarımadanın bəzi yerlərində 33-35 m/s-dək güclənəcəyi, axşama doğru 9-14 m/s-dək mülayimləşəcəyi gözlənilir.
Havanın temperaturunun gecə və gündüz 3-6°, Bakıda gecə və gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək - 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağıntı gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək.

Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 1-6°, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 
yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək.

Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 3-6°, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Şimal-şərq küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 3-6°, gündüz 6-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

 

3 noyabr 2014
GO BACK