Qadin.NET / Luis Suares: "Futbolda ədalət yoxdur"

Luis Suares: "Futbolda ədalət yoxdur"

 

"Barselona" klubunun dünən "Kamp Nou"da debüt edən futbolçusu Luis Suares "Selta"ya uduzmaqları (0:1) barədə danışıb. Milli.Az Sports-a istinadən bildirir ki, Suares deyib: "Oyundan sonra çox pis olduq, axı nəticə qazana bilmədik. İndi başımızı aşağı sala bilmərik, irəli getmək lazımdır.

 

Əgər top qapıya girmirsə, deməli, girmir, üstəlik, "Selta"nın qapıçısı əla oynadı. Çoxlu epizodlar yaratdıq, amma qapıçı bütün topları qaytardı. Futbolda ədalət yoxdur. "Barselona"da hər keçən gün özümü yaxşı hiss edirəm. "Real"la oyunun birinci hissəsində özümü normal hiss edirdim, amma fasilədən sonra yoruldum. Kataloniya Superkuboku matçı məni oyun ritminə qaytardı. Komandayla keçirdiyim üç oyunun içində özümü məhz "Selta" ilə qarşılaşmada taktika və topa nəzarət baxımından rahat hiss edirdim".

Mənbə: Milli.Az

2 noyabr 2014
GO BACK