Qadin.NET / Bu kəşf alimləri qorxutdu

Bu kəşf alimləri qorxutdu

 

Yerdən Ayadək məsafə təxminən 384400 km-dir. Yəni planetimizin təbii peyki elə də uzaqda deyil.
Milli.Az Day.Az-a istinadən bildirir ki, bunu nümayiş etdirmək üçün NASA alimləri bu məsafəyə Günəş sisteminin digər planetlərini "yerləşdirməyə" çalışıblar. 
Maraqlıdır ki, bu planetlər orada rahatca, hətta aralarında azacıq məsafə qalmaqla yerləşib. 
"Комсомольская правда" yazır ki, bunu yoxlamaq olar: Merkurinin diametri 4879, Veneranın - 12104, Marsın - 6671, Yupiterin - 139822, Saturnun - 116464, Uranın - 50724, Neptunun - 49244 km-dir. 
Toplayanda 380008 kilometr alınır. Hələ Pluton da yerləşərdi. Amma 2006-cı ildən onu artıq planet saymırlar. 

Mənbə: Milli.Az

2 noyabr 2014
GO BACK