Modern Az xarici KİV-ə istinadən xəbər verir ki, 2 əsri tamamlamaq üzrə olan bu kişi yaşını təsdiq edəcək rəsmi sənədlərini də saxlayıb. 6 iyun 1835-ci ildə anadan olan hindistanlı 1957-ci ilə qədər ayaqqabı təmiri ilə məşğul olub. Mahasta “Deyəsən, Əzrail məni unudub. Nəvəmin nəvəsinin ölümünü gördüm. 150 yaşını keçən adam eşitmədim. Belə baxıram ki, mən ölümsüzəm” deyib.Xəstəliklə bağlı keçmişdə hər hansı problemi olmayan bu şəxsin son həkimi 1971-ci ildə vəfat edib. Hindistan sakini insanlıq tarixinin ən yaşlısı olaraq "Ginnesin Rekordlar kitabı"na düşüb.
Mənbə: Milli.Az