Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen Inın yeni oxşarı peyda olub.Hokonqda yaşayan Hovard adlı tələbə Pxenyandakı diktaturanın liderinə çox bənzəyir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Honkonqda avstraliyalı musiqiçi və rəssamın ailəsində doğulmuş 35 yaşlı Hovard Şimali Koreya liderindən 4 yaş böyükdür.Hovard oxşarlığından faydalanaraq pul qazanır və hər çıxışı üçün 5 min Honkonq dolları, yəni 550 dollar istəyir"Ötən il Kim Çen Inın dünyada ilk "rəsmi" oxşarı statusunu aldım. Universitetdə oxuyuram və çıxışlarımdan əldə etdiyim pulları da təhsilə xərcləyirəm", - Hovard deyib.
Mənbə: Milli.Az