Qadin.NET / Böyük qəza, kosmik gəmi yerə düşdü

Böyük qəza, kosmik gəmi yerə düşdü

ABŞ-dakı Mohava səhrasında "SpaceShipTwo" kosmik turist gəmisi sınaq uçuşu zamanı qəzaya uğrayıb.Gəmi "Virgin Galactic" şirkətinə məxsusdu. Sınaqları "Virgin Galactic" şirkətinin tərəfdaşı "Scaled Composites" şirəti keçirirdi.Milli.Az ABC-yə istinadən bildirir ki, gəmini səmaya qaldırmış "WhiteKnight" təyyarəsi uğurla yerə enib."Virgin Galactic" şirkətinin yaydığı açıqlamada deyilir: "Qəzanın səbəblərini müəyyənləşdirmək üçün müvafiq strukturlarla sıx çalışırıq".CNBC bildirir ki, uçuş zamanı kosmik gəminin mühərriki yanıb.Son günlərdə ABŞ-da artıq ikinci dəfə özəl kosmik aparat qəzaya uğrayır. Oktyabrın 28-də Beynəlxalq Kosmik Stansiya üçün yükü orbitaya çıxarası "Cygnus" yük aparatını kosmosa yollayacaq "Antares" raketi partlayıb."SpaceShipTwo" kosmik gəmisi suborbital uçuşlar üçün nəzərdə tutulub. Bu isə kosmik məkanın şərti sərhədi, 100 kilometr yüksəklikdir.Gəmi 6 nəfəri kosmosa çıxara bilər."SpaceShipTwo"nun dəyəri 200 min dollardır.
Mənbə: Milli.Az

 

1 noyabr 2014
GO BACK