Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir.
Cənub küləyi 7-12 m/s, axşam şimal küləyi 8-13 m/s olacaq.
Temperaturun gecə 9-12° isti, gündüz 13-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, gündüz arabir güclənəcək.
Temperatur gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlədə arabir 18-23 m/s-dək güclənəcək.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlədə arabir 18-23 m/s-dək güclənəcək.
Temperatur gecə 7-12° isti, gündüz 12-17° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi 5-10 m/s olacaq, axşam ayrı-ayrı yerlədə arabir 18-23 m/s-dək güclənəcək.
Temperaturun gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi 5-10 m/s olacaq, axşam ayrı-ayrı yerlədə arabir 18-23 m/s-dək güclənəcək.
Temperatur gecə 6-11° isti, gündüz 12-17° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq.Şimal-şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 10-12° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti təşkil edəcək.