Qadin.NET / Uşaqlara xoş xəbər

Uşaqlara xoş xəbər

 

Mingəçevir şəhərində uşaqlar üçün çoxseriyalı cizgi filmi çəkilir. Milli.Az El TV-yə istinadən xəbər verir ki, “Banu və onun dostları” adlandırılan yeni cizgi filmi ümumilikdə 20 seriyadan ibarət olacaq. Hər seriyası müxtəlif mövzulara və macəralara aid cizgi filmində, əsasən, meşədən, eləcə də meşədə yaşayan heyvan və həşəratlardan bəhs edilir. Cizgi filminin baş qəhramanı - Banu bir arı balasıdır. Banu dostları ilə yaşadığı meşəni mühafizə edir və onu şər qüvvələrdən qoruyur. Cizgi filminin süjet xəttini dostluq və təbiətin qorunması təşkil edir. Cizgi filminin ssenari müəllifi və baş rejissoru Elvin Mütaliboğlu deyir ki, bu işi həyata keçirməkdə əsas məqsədi gənclərə müasir texnologiyalardan düzgün istifadə etməyi və yaşadığımız ərazidə ekologiyanı qorumağı aşılamaqdır. Hələlik 10 seriyası hazır olan cizgi filmi xüsusi kompüter proqramı əsasında yığılır. Cizgi filminin 2015-ci ilin payızında nümayiş olunacağı gözlənilir.

Mənbə: Milli.Az

1 noyabr 2014
GO BACK