2014-cü il oktyabrın 1-nə olan məlumata görə, Ermənistan əhalisi cari ilin əvvəli ilə müqayisədə 3,2 min nəfər azalıb.Trend-in ARKA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Statistika Xidmətinin hesabatında deyilir. Oktyabrın 1-nə olan məlumata əsasən, Ermənistanın daimi əhalisinin sayı 3 013,9 min nəfər olub. Bunun 1 918,9 mini şəhərdə, 1 095 mini isə kənd yerlərində yaşayır.
Hesabatda qeyd edilir ki, Ermənistan əhalisinin sayının azalması mənfi miqrasiya saldosunun (13,6 min nəfər) əhalinin təbii artımını (10,4 min nəfər) üstələməsinə əsaslanır.
2014-cü ilin əvvəlinə olan məlumata görə, ölkənin daimi əhalisinin orta yaşı 35,7 təşkil edib. Kişilər arasında bu göstərici 34, qadınlar arasında isə 37,3 olub.
Mənbə: Milli.Az