Qadin.NET / Hava xəbərdarlığı

Hava xəbərdarlığı

 

Hava xəbərdarlığı

Sinoptiklərdən hava xəbərdarlığı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 02-si günün ikinci yarısından başlayaraq hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin, 8-10 dərəcə aşağı enəcəyi, noyabrın 2-si axşam, noyabrın 3-ü və 4-də havanın soyuq keçəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir. Hava fasilələrlə yağıntılı olacaq. Respublikanın rayonlarında isə noyabrın 01-də şimal və qərb rayonlarından başlayaraq noyabrın 05-dək hava şəraitinin əlverişsiz keçəcəyi, arabir yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. 
Noyabrın 02-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə aşağı enəcək. Bəzi rayonlarda güclü qərb, şimal-qərb küləyi əsəcək.

 Mənbə: ANS PRESS 

31 oktyabr 2014
GO BACK