Qadin.NET / Həftəsonu yağış var

Həftəsonu yağış var

 

Həftəsonu yağış var

Noyabrın ilk günü ölkə ərazisində çiskinli hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, həftəsonu Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Cənub küləyi axşam şimal küləyinə keçəcək.  

 

 Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 9-12, gündüz 13-16 dərəcə olacaq.  

Rayonlarda da arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Aran rayonlarında temperatur gecə 6-11, gündüz 12-17 dərəcə, dağlıq ərazilərdə gecə 2 dərəcə şaxta, 3 dərəcə isti, gündüz 3-8 dərəcə isti olacaq.

 Mənbə: ANS PRESS 

31 oktyabr 2014
GO BACK