Dünyada 5 mindən artıq insanın ölümünə səbəb olan ebola virusunun səbəbkarı 2 yaşlı bir uşaq olub. İndi bütün dünya bu iddianı müzakirə edir. ANS PRESS-in məlumatına görə, bu virusun ötən il Qanada ölən iki yaşlı Emile Ouamouno adlı oğlan uşağından yayıldığı düşünülür. Emilenin anası, bacısı və nənəsinin də arasında olduğu 14 qohumu da bu virusa yoluxaraq ölüb. Məlumata görə, bu körpə adıçəkilən virusa yoluxub. Daha sonra xəstəlik onun ailəsinə, kəndə, ölkəyə yayılaraq başqa ölkələrə də sıçrayıb. Xəstəliyin hansı yolla uşağa keçməsi isə bəlli deyil. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ən son hesabatında xəstəliyə yoluxanların 3 min nəfər artdığını və 13703-ə çatdığını açıqlayıb. Ötən həftə bu say 10141 idi.
Beş minə yaxın ölənin əksəriyyəti Liberya, Sierra Lion, Qanadandır.
Mənbə: ANS PRESS