Azərbaycan - İran arasında fəailiyyət göstərən Biləsuvar sərhəd buraxılış məntəqəsinin yaxın vaxtlarda 24 saat ərzində fəliyyət göstərməsi üçün hazırlıq işləri gedir. ANS PRESS-in bölgə müxbirinin verdiyi mlumata görə, İran tərəfi bildirib ki, buraxılış məntəqəsinin fasiləsiz faəliyyət göstərməsilə İran Biləsuvarında azad iqtisadi zona yaradılacaq.
Qeyd edək ki, qarşı tərəf bu təcürbə ilə hələ 9 il əvvəl Azərbaycanla həmsərhəd olan Culfa bölgəsində 53 min hektar ərazini əhatə edən “Araz” azad iqtisadi zonasını yaradıb.İqtisadi zonada fəaliyyət göstərən müəssələr isə 20 il müddətinə vergi və rüsumdan azad edilib. Sərhəd buraxılış məntəqəsinin fasiləsiz fəaliyyəti Azərbaycan tərəfi üçün də sərfəli olacaq. İlkin olaraq yeni qaydalar buraxılış məntəqəsindən qarşı tərəfə keçən sürücülər, piyadalar və fasiləsiz çalışacaq iaşə obyektlərinin sahiblərini daha çox sevindirir. Biləsuvar gömrük idarəsinin rəis müavini Mirrafiq Mirsulatonovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Azərbaycan tərəfi buraxılış məntəqəsinin fasiləsiz faəliyyət göstərməsinə texniki baxımdan tam hazırdır. Qurum rəsmisi əlavə edib ki, axşam nöbəsində çalışacaq heyət tam təşkil olunana qədər, hələ ki, bura digər buraxılış məntəqələrindən ezam olunmuş işçilərin cəlb olunması gözlənir.
Mənbə: ANS PRESS