Qadin.NET / Qazax atəş altında

Qazax atəş altında

 

Qazax atəş altında

Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. 

 

Ağdam rayonunun Şuraabad, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

 Mənbə: ANS PRESS 

31 oktyabr 2014
GO BACK