Qadin.NET / 1001 dərdin dərmanı, yoxsa ölümə aparan qısa yol?

1001 dərdin dərmanı, yoxsa ölümə aparan qısa yol?

 

 

Milli.Az xəbər verir ki, gündəlik rasiona süd məhsullarının yüksək miqdarda daxil edilməsi kişilər və qadınlarda ölüm riskini artırır.Südün tərkibində orqanizm üçün vacib olan 22 elementin 18-i var. Südün və süd məhsullarının sümüklərin möhkəmlənməsində mühüm rol oynaması elmi cəhətdən təsdiq olunub.Tövsiyə olunan süd norması gündə 3-4 fincandır. Süd arterial təzyiqi də normada saxlayaraq kardiovaskulyar xəstəliklər və ikinci tip diabet riskini azaldır. Mədə xərçənginin inkişafının qarşısını alır. Əzələləri yüksək həcmli zülalla təmin edir.BMJ jurnalında məqalə ilə çıxış edən professor Karla Mixaelson isə südün faydalarını şübhə altına alır. O və həmkarlar iddia edirlər ki, həddən artıq süd qəbul edilməsi oksidativ stressi artırır. Bu da, öz növbəsində, ölüm riski və sümüklərin qırılma riskini artırır. Südün mühüm dietik mənbə olan D-Qalaktozanın əsası olması belə bir hipotezin irəli sürülməsinə imkan yaradır.

Mənbə: Milli.Az

31 oktyabr 2014
GO BACK