Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.Şərq küləyi 5-10 m/s olacaq.Temperaturun gecə 3-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq.
Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq.Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.Temperaturun gecə 5-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.Temperaturun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.Temperaturun gecə 6-11° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.Temperaturun gecə 9-11° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az