Hewlett Packard (HP) şirkətinin nümayiş etdirdiyi Sprout PC adlı masaüstü kompüterində ağıllı skan edən və proyeksiya sisteminə malik xalça ənənəvi klaviatura və maus rolunu oynayır.Sprout PC kompüteri 23 düymlük sensor monitor, Intel i7 prosessoru, 1 TB tutumunda sərt disk və 14,6 meqapiksellik ön kamera ilə təchiz olunub və Windows 8.1 əməliyyat sistemi ilə işləyir.Milli.Az İCT nevs-a istinadən bildirir ki, ancaq monitorun qarşısında ənənəvi maus və klaviatura əvəzinə xüsusi xalça var ki, monitorun üstünə bərkidilmiş xüsusi proyektorun köməyilə təsvir həmin xalçaya proyeksiya edilir.Bu proyektor Intel korporasiyasının RealSense 3D çoxkameralı sistemi, HP-nin rəqəmli proyektoru və LED işıqlandırıcı ilə təchiz olunub. Bu halda xalça istifadəçinin istəyinə görə sensor panelə çevrilir. Sistem, hətta iki və üçölçülü obyektləri skan etməyə, sonra virtual məkanda onlarla manipulyasiya etməyə imkan verir.Sprout 9 kompüteri noyabrın 9-da satışa çıxarılacaq.