Qadin.NET / Xəstəxananın üzərində helikopterlər üçün eniş meydançası olacaq

Xəstəxananın üzərində helikopterlər üçün eniş meydançası olacaq

 

Söküntü işləri tam yekunlaşandan sonra yeni, 5 mərtəbəli xəstəxana binasının inşasına başlanılacaq. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, 220 çarpayılıq yeni xəstəxana qazanxanası, oksigen zavodunun fəaliyyət göstərməsi və bir sıra özəllikləri ilə əvvəlkindən fərqlənəcək. 2016-cı ilin sonlarında təhvil verilməsi nəzərdə tutulan xəstəxananın damında helikopterlər üçün eniş zolağının tikilməsi də nəzərdə tutulub. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 sentyabr tarixində Qubaya səfəri zamanı Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı qərar qəbul edilib. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Mənbə: Milli.Az

 

31 oktyabr 2014
GO BACK