Roma Papası Fransis Elmlər Akademiyasına müraciətində mütərəqqi, lakin təxribat kimi də qiymətləndirilə biləcək bəyanatlar vermək xasiyyətini davam etdirib.Müqəddəs ata Vatikana toplaşmış auditoriyasına deyib ki, kainatın yaranması barədə "Böyük partlayış" ("Biq Bang") nəzəriyyəsini və təkamülə dair elmi nəzəriyyələri qəbul edir.Papa bildirib ki, bütün bunları qəbul etmək Allaha inanmaqla heç bir ziddiyyət təşkil etmir.“Biz yaradılış haqqında genezisi oxuyanda belə bir yanlış təsəvvürə gələ bilərik ki, guya Allah sehrbazdır və öz sehrli çubuğu ilə hər şeyi etməyə qabildir. Lakin bu, belə deyil. O, insan məxluqlarını yaradıb və onların hər birinə yerinə yetirilməsi üçün daxili qanunlar verərək inkişaf imkanı yaradıb” - deyə Fransis bildirib.Bu bəyanatla Papa, həmçinin insanın meymundan yaranmasına dair cəncəlli məsələdən yan ötüb. Ateistlər deyirlər ki, kainatın "Böyük partlayış"dan doğduğunu qəbul edəndə Allaha ehtiyac qalmır.Əlbəttə, Roma Papası bu mülahizə ilə razılaşmır, sadəcə olaraq Allahın sehrbaz olmadığını söyləyir.“Allah ilahə qüvvə və ya sehrbaz deyil, lakin hər bir şeyə həyat vermiş Yaradandır. Təbiətin təkamülü yaradılış anlayışı ilə ziddiyyət təşkil etmir, çünki təkamülün özü də təkamül olunacaq şeylərin varlığını tələb edir” - deyə Roma Papası bildirib.Mətbuat yazır ki, belə bir düşüncə tərzi Katolik Kilsəsində yenilik deyil və katolik keşişləri Papa XVI Piusdan bu yana 6 əsr ərzində ilahi təkamül ideyasını qəbul ediblər. Lakin bu təkamül, əlbəttə, Ali Qüvvənin varlığının qəbul olunması ilə birlikdə məqbul sayılıb. Başqa sözlərlə, insanın yaradılması Allahın iradəsi ilə baş verib və o, ayrılıqda təkamül prosesinin məhsulu sayıla bilməz.
Mənbə: Milli.Az