Qadin.NET / Avropada Windows phone zəiflədi

Avropada Windows phone zəiflədi

 

Kantar Worldpanel ComTech tədqiqat şirkəti qlobal smartfon bazarında vəziyyəti izləməyə davam edir. Yeni hesabat 2014-cü ilin üçüncü rübünün nəticəsinə görə tərtib edilib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, 2014-cü ilin iyul-sentyabr aylarında Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya ölkələrində iPhone smartfonunun bazar payı illik hesablamada 1,5% artaraq 15.4% təşkil edib. Avropada, həmçinin Android platformasının payı artaraq 73.9% olub.Windows Phone platformasının bazar payı 0,3% azalaraq 9,2% olub. Yalnız İtaliyada WP smartfonlarına tələbat artıb: ötən rüb ölkədəki smartfon satışlarının 15,2%-i WP smartfonlarının payına düşüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% yüksəkdir.İspaniyada Android platformasının payı 90,4%-dir və liderlik etməyə davam edir. iOS və Windows Phone platformalarının bu smartfon bazarında payları müvafiq olaraq 6,3% və 3% təşkil edir.Cari ilin üçüncü rübünə görə Böyük Britaniyada Android mobil əməliyyat sisteminin bazar payı 58,2%-dir. iOS platformasının payı 31%-dir, bir il əvvəl bu göstərici 29,3% olub. Windows Phonenun payı ötən il 10% olduğu halda, indi 9,6%-dək azalıb.
Mənbə: Milli.Az
30 oktyabr 2014
GO BACK