Belə bir qənaətə Şərqi İngiltərə Universitetinin alimləri tərkibində flavonolların olduğu meyvələrin təsiri ilə bağlı 30 ildən artıqdır apardıqları tədqiqatlar nəticəsində gəliblər.
Tədqiqatçılar flavonolların 25-59 yaş arası 171,940 min qadının sağlamlığına təsirini araşdıraraq müəyyən ediblər ki, tərkibində yüksək səviyyədə flavonolların olduğu yemək və içkilər (çay, qırmızı şərab, alma və üzüm) qəbul edən qadınlar yumurtalıqların onkoloji xəstəliklərinə daha az meyllidirlər.
Hər il dünyada yumurtalıq xərçəngindən yüz minlərlə qadın həyatını itirir. Bu xəstəlik xərçəng şişlərindən ölümlərin siyahısında beşincidir.
Alimlər bildirirlər ki, gün ərzində cəmi iki fincan qara çay qəbul edilməsi yumurtalıqların xərçəngi riskini 31 faiz azaldır.
Mənbə: Milli.Az