Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

 

Milli.Az ANS PRESS-ə istinadən oktyabrın 30-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 30 oktyabr 2014
Hicri: 5 Məhərrəm 1436
İlin 303-ci günü
İlin sonuna 62 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.57
Günəş - 07.08
Zöhr - 12.28
Əsr - 15.42
Məğrib – 17.55

İşa – 19.13
1218 — Yaponiya imperatoru Tükyo anadan olub (ö. 1234)
1735 — ABŞ-ın 2-ci prezidenti Con Adams anadan olub. (ö. 1826)
1751 — irland dramaturq Riçard Şeridan anadan olub. (ö. 1816)
1762 — fransız yazıçı Andre Şenye anadan olub. (ö. 1794)
1821 — rus yazıçı Fyodor Dostoyevski anadan olub. (ö. 1881)
1895 — alman bakterioloqu, 1939-cu il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı Gerhard Domaqk anadan olub. (ö. 1964)
1895 — amerikalı həkim, 1956-cı il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı Riçards Dikinson anadan olub. (ö.1973)
1905 — aspirin dərmanı ilk dəfə satışa çıxıb.
1907 — tanınmış jurnalist, tərcüməçi, Azərbaycan Jurnalistlər İttifaqının ilk sədri Adil Əfəndiyev anadan olub. (ö. 1973).
1912 — Qırmızı Xaçın təsisçisi Anri Düran vəfat edib.
1914 — Birinci Dünya Müharibəsinin əsas döyüşlərindən olan İpr vuruşması başlayıb.
1917 — Sovet İttifaqı marşalı Nikolay Vasilyeviç Oqarkov anadan olub. (ö. 1994)
1918 — Türkiyə ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalanıb. Müqaviləyə görə, Türkiyə Qafqazdakı qoşunu geri çəkməli oldu.
1941 — ABŞ SSRİ-yə 1 milyard dollar dəyərində texniki yardım ayırıb.
1941 — Sevastopol döyüşü başlayıb.
1941 — alman fizik, 2005-ci il Fizika üzrə Nobel Mükafatı laureatı Teodor Henş anadan olub.

1942 — II Dünya müharibəsi: İngilis ordusu Əl-Əlameyndə almanları məğlub edib.
1956 — Böyük Britaniya, Fransa və İsrail Misirdən Süveyş kanalını 12 saat ərzində tərk etməsini tələb ediblər.
1960 — argentinalı futbolçu, 1986-cı il futbol üzrə Dünya çempionu Dieqo Maradona anadan olub.
1960 — İlk böyrək transplantasiyası Londonda həyata keçirilib.

1961 — SSRİ Yeni Torpaq adasında ilk hidrogen bombası sınağını (tarixdə ən güclü) keçirib.
1967 — Tarixdə ilk dəfə 2 kosmik gəmi ("Kosmos -186 və "Kosmos-188") açıq fəzada birləşmişdir.
1974 — Məhəmməd Əli boks üzrə dünya çempionu olub.
1974 — Beynəlxalq Siyasi Məhbuslar Günü.
1993 — "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti təsis edilib.
2007 — AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyev vəfat edib. (d. 1954)

Mənbə: Milli.Az

30 oktyabr 2014
GO BACK