Qadin.NET / Pulsuz Wi-Fi turistləri artırır

Pulsuz Wi-Fi turistləri artırır

İlkin məlumatlara görə, İtaliyada hazırlanan qanun layihəsini parlamentdə artıq 100-dən çox insan dəstəkləyir.Milli.Az İCT nevs-a istinadən bildirir ki, yeni qanuna əsasən, hökumət ictimai yerlərdə ödənişsiz giriş nöqtələrinin yaradılmasına 5 milyon avro ayıracaq.Müəlliflərin fikrincə, bu addım ölkəyə səyahət edən turistlər üçün cəlbedici olmaqla yanaşı, həmçinin elektron hökumət sisteminin işini yaxşılaşdıracaq, ümumilikdə internetə çıxış keyfiyyətini yüksəldəcək və son nəticədə iqtisadiyyatda vəziyyətin yaxşılaşmasına səbəb olacaq.Hazırda İtaliyada 30 Mbit/s-dən yüksək sürətə malik genişzolaqlı qoşulmaların göstəricisi 1%-dən aşağıdır, halbuki Avropada bu göstərici orta hesabla 6% təşkil edir.

Mənbə: Milli.Az
30 oktyabr 2014
GO BACK