Eyndhoven Texnoloji Universiteti və Mərkəzi Florida Universitetinin alimlər qrupu optik-lif kabeli ilə məlumatların rekord sürətdə ötürülməsi üzrə sınağın nəticələri ilə bağlı elmi məqalə dərc edib. Onlar yeni tip optik-lifdən istifadə etməklə saniyədə 255 terabit sürətə nail ola biliblər ki, bu da hazırda rekord göstərici hesab edilir.Milli.Az İCT nevs-a istinadən bildirir ki, yeni optik-lif informasiyanın ötürülməsi üçün yeddi müxtəlif kabeldən ibarət olduğu halda adi optik-lif kabellər cəmi bir kabeldən ibarət olur. Məhz bunun sayəsində sürəti xeyli artırmaq mümkün olub. Bundan başqa, hər kanal üçün tədqiqatçılar məlumatların ötürülməsi üçün iki əlavə düzbucaqlı ölçü tətbiq ediblər. Bu isə o deməkdir ki, bütün kanallar üzrə sürət üç dəfə artıb. Bu təkmilləşdirmə işləri sayəsində sürəti 255 terabit/saniyəyədək artırmaq mümkün olub ki, bu da hazırda optik-lif üçün qüvvədə olan 4-8 terabit/saniyə normasından 20 dəfə yüksəkdir.Hazırlanan optik-lifin diametri 200 mikron təşkil etməsinə görə kabel bütünlüklə hazırda istifadə olunandan bir o qədər də böyük deyil. Eyni zamanda, rabitə kanallarının buraxılış qabiliyyətini də xeyli artırmaq olar.Tədqiqatın nəticələrinə həsr olunan məqalə Nature Photonics jurnalında dərc edilib.
Mənbə: Milli.Az