Məşhur amerikalı alim Boyd Busman ölümündən əvvəl dünyada sensasiyaya səbəb olacaq qeydlər yazıb. Lent.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, alim ABŞ-da bir çox gizli layihələrin həyata keçirildiyi Nevada ştatında yerləşən və "Area 51" adlandırılan hərbi mərkəzdə yadplanetlilərin şəkillərini çəkdiyini bildirib.
Busman qeyd edib ki, ABŞ rəsmiləri tərəfindən inkar edilən “Area 51” mərkəzində olub və oradakıları öz gözləri ilə görüb: “Orada yadplanetlilərlə bağlı araşdırma aparan bir qrup alim var və mən bunun şahidi olmuşam”.O, çəkdiyi fotoşəkillərlə yadplanetlilərin iki növünün olduğunu iddia edib və bildirib ki, uzun barmaqlara və pərdəli ayaqlara sahib olanlar "Quintumnia" adlı planetdən dünyaya gəliblər.Rəsmi Vaşinqton alimin iddiasını nə təsdiq, nə də təkzib edib.Qeyd edək ki, B.Busman bu ilin 7 avqust tarixində 78 yaşında vəfat edib. O, bir sıra araşdırmaların və elmi kəşflərin müəllifidir.
Mənbə: Milli.Az