Qadin.NET / Azərbaycanda rezidenturanı bitirən həkimlərə müjdə

Azərbaycanda rezidenturanı bitirən həkimlərə müjdə

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi noyabrın 4-də nazirliyin binasında həyata keçiriləcək.
Onlar təyinat aldıqları iş yerlərində 3 il ərzində məcburi şəkildə işləyəcəklər.
Respublikada həkim catışmazlığı, əsasən, rayonlardakı tibb müəssisələrindədir. Buna görə də rezidenturanı bitirmiş şəxslər, əsasən, rayonlardakı vakant iş yerlərinə göndəriləcəklər.
Qeyd edək ki, 2011-ci ildən Azərbaycan Tibb Universitetində məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilmişdi. Həmin vaxt təyinatın ləğvi tibb təhsilində rezidenturaya keçidlə əlaqələndirilmişdi. Bu qərardan sonra məzunlar Səhiyyə Nazirliyi tərəfindən elan edilmiş vakant yerlərə işə qəbul olmaq üçün mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə iştirak edirlər.

Mənbə: Milli.Az

 

29 oktyabr 2014
GO BACK