Qadin.NET / Dahi alim də Facebook-da

Dahi alim də Facebook-da

 

Dünyanın ən məşhur fiziklərindən biri, dahi alim Stiven Uilyam Houkinq də Facebook-da səhifə yaradıb. Milli.Az bildirir ki, ingilis nəzəriyyəçi fizik və kosmoloq, Kembric Universitetindəki Nəzəri Kosmologiya Mərkəzinin banisi və rəhbəri S.Houkinq Facebook səhifəsində yazıb:"Kainatın ibarət olduğu hər şeylə hər zaman maraqlanmışam. Zamanla kosmos, bəlkə, sonsuzluğa qədər sirlərini qoruya bilər, amma mənim bu sahədə tədqiqatlarım, axtarışlarım dayanmadı. İnsanlar arasındakı əlaqələr də inkişaf edib. İndi belə şansa yiyələndiyim üçün bunu sizinlə paylaşmaq üçün səbirsizəm. Maraqlanın, axtarın, arayın. Mən sonsuzluğa qədər suallara cavab arayacaq insan olacağımı bilirəm", - 72 yaşlı dahi yazıb.Houkinqin səhifəsinin artıq 1,9 milyondan artıq daimi təqibçisi var.

 

Mənbə: Milli.Az
29 oktyabr 2014
GO BACK