Qadin.NET / Azərbaycanda yağış yağacaq, şərq küləyi əsəcək

Azərbaycanda yağış yağacaq, şərq küləyi əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə ildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

29 oktyabr 2014
GO BACK