Əkiz və üçəmlərin dünyaya gəlməsinin xeyri birdən-birə çox uşağa sahib olmaqdır. Düzdür, bəzi problemlər ailələri haqlasa da, o da var ki, deyirlər, uşaqların ayağı ruzulu olur.ANS TV-nin məlumatına görə, bu il Azərbaycanda 2 minə yaxın əkiz, 45 üçəm doğulub. Yenə də doğulan uşaqların çoxu oğlanlardır. Bu ilin 9 ayı ərzində ölkədə 112 min körpə dünyaya göz açıb.Doğulan körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizi isə qızlar olub. Doğulan körpələrdən 1986-sı əkiz, 45-i isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün isə 76,8 yaş ömür uzunluğu gözlənilir.
Mənbə: Milli.Az