Qadin.NET / Millimiz növbəti mərhələdə

Millimiz növbəti mərhələdə

 

 

Dünən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində III turun oyunları keçirilib. Milli.Az Qol.Az-a istinadən xəbər verir ki, milli komandamız qrupun son görüşündə Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
İki oyundan sonra aktivində 3 xal olan komandamız növbəti mərhələyə yüksəlmək üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Belçikanın Eisden şəhərindəki "Patro Eisden" stadionunda keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.
Penaltilər seriyasında daha dəqiq oynayan Bosniya və Hersoqovina yığması növbəti mərhələyə yüksəlib. Qrupun digər matçında Belçika İsveçrə ilə üz-üzə gəlib. Bu görüş Belçika millisinin qələbəsi ilə başa çatıb - 1:0. Beləliklə, Belçika yığması qrupda birinci, Bosniya və Hersoqovina isə ikinci pilləni tutub.Yığmamız ilkin seçmə mərhələdə ən yaxşı göstəriciyə malik üçüncü yeri tutmuş komandalardan biri kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, ilk oyunda Belçikaya 0:3 hesabı ilə uduzan yığmamız ikinci matçında İsveçrəyə qalib gəlib - 2:1.
28 oktyabr
İsveçrə - Belçika - 1:0
Qol:
 Quillemenot, 40 (1:0)
Bosniya və Herseqovina – Azərbaycan - 1:1 (Penaltilər seriyası - 4:3)
Qollar:
 Denis Zeriç, 11 (1:0), Oruc İsmayılov, 26 (1:1)
Mənbə: Milli.Az
29 oktyabr 2014
GO BACK