Qadin.NET / Hava haqqında

Hava haqqında

Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər çiskinli olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.Şimal-şərq küləyi 8-13 m/s olacaq.Temperaturun gecə 7-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.Şərq küləyi 3-8 m/s olacaq.Temperatur gecə 3-8° isti, gündüz 12-17° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qısamüddətli yağış yağacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.Temperatur gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir.Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq.Temperatur gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağış yağacağı, səhər dağlarda duman olacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq.Temperatur gecə 8-10° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.

Mənbə: Milli.Az

29 oktyabr 2014
GO BACK