Qoç - günün ilk yarısında işgüzar aktivlik səviyyəsinin aşağı düşməsinə imkan verməyin. Başladığınız işləri bitirin. Nəticələr kiçik olsa da, gözədəyəndir. İşdə rəhbərliklə münaqişə yaratmayın. Karyeranıza təsir edə biləcək insanlarda özünüzə qarşı kəskin antipatiya yaratmayın.Günün ikinci yarısında maraqlı tanışlıqlar, romantik görüş istisna deyil. Hərdəmxəyal, emosional olmayın. Axşam saatlarına yaxın ciddi münasibətlər formalaşa bilər. Yeni tanışlarınızdan biri yaşamınızda önəmli rol oynaya bilər.
Buğa - hər şey yaxşıdır. Günün ilk yarısında problemlər yarana bilər. Çətinliklərin öhdəsindən qətiyyətlə gəlin, təşvişə düşməyin. Yaşananlar əhvalınıza həddən ziyadə pis təsir etməsin. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun.Əməkdaşlıq şərtlərini, tərəfdaşlıq variantlarını günün ikinci yarısında müzakirə etmək olar.
Şəxsi münasibətləri nizama salın. Sevdiyiniz insana hədiyyə verin. Ümumi işlə məşğul olduğunuz insanı anlamağa çalışın.Yeni tanışlıqlar istisan deyil. Yeni münasibətlərin formalaşması üçün təşəbbüskar olun.
Əkizlər - asan olmayan, amma çox maraqlı gündür. Dəf etmək məcburiyyətində qaldığınız sədlər yanlış insanlara inamınız, dəyərsiz insanlara etibarınızın nəticəsidir. Uzaq durmağınız gərəkən insanlara sirlərinizi verdiyiniz üçün indi problemlərlə qarşılaşıbsınız.Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Ruhdan düşməyin. Axşam saatlarında dostların yanında olun. Pozitiv emosiyalar alacaqsınız.Alış-verişə çıxa bilərsiniz.
Xərçəng - əlverişli zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün müsbət təmayüllərin təsirindən effektiv istifadə edin. Yaxınlarınız sizə yardım edəcəklər. Dəstək gözləmədiyiniz insanlar bu gün yanınızda olacaqlar. Səfər və ya səyahətlərlə bağlı istənilən məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında nəzərdə tutulan işlərin bəziləri alınmaya bilər. Mənfi təmayüllərin təsiri əhəmiyyətli şəkildə hiss olunacaq. Narahat olmayın, ağır situasiya çox çəkməyəcək.Məşəqqətli dövr bitəcək, sonra işlər düzələcək.
Şir - gün gözləntilərinizi doğrultmayacaq. Var qüvvənizlə çalışsanız belə, qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Sədləri və maneələri dəf edin. Nəzərdə tutduğunuz işlərin bir qismini başa vura biləcəksiniz. Yaxın ətrafınızdakı insanlarla həssas davranın.Günün ikinci yarısında sərt və aqressiv danışmayın. Asanlıqda düşmən qazanmayın. Bədxahlar və ya düşmənlər sizə mane olmaq üçün əllərindən gələni edəcəklər.
Yaxınlarınızla təmaslarda səbrli olsanız, münaqişələr yaranmayacaq. Ailə problemlərinin həlli ciddi xərclər tələb edəcək. Bədxərclik etməyin.Axşam saatlarında diqqətli olun.
Qız - ziddiyyətli və gərgin gündür. İşdə münaqişələr ciddiləşəcək. Situasiya çətinləşir. Peşəkar fəaliyyətiniz ən müxtəlif insanlarla ünsiyyət tələb edir. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Güzəştə meylli olmasanız, çətinlikləri həll etmək mümkün olmayacaq.Günün ikinci yarısı müstəqil fəlaiyyət üçün yaxşıdır. Problemlərin həllinə yaradıcı yanaşın. İşgüzar intuisiyanız iti olmalıdır ki, sərfəli anlaşma və ya sövdələşmə baş tutsun. Axşam saatları romantik görüş vəd edir.
Tərəzi - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Gün uğurlu olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün kimsə sizə mane olmamalıdır. Sürətlə irəliləmək üçün cəhdlərinizi əsirgəməyin. İşdə əhəmiyyətli nəticələr olacaq. Peşəkar fəaliyyət müstəvisində mövqelərinizi möhkəmləndirin. Nüfuzlu adamlar arasında müttəfiqlər tapın. Bir sözlə, yeni zirvələri fəth etmək üçün hazır olun.Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Qüvvə və potensialınıza inanın. Şəxsi münasibətləri normallaşdırın. Təşəbbüskar olun, sakit davranmayın.Axşam saatlarında normal istirahət edin.
Əqrəb - gərgin gündür. Ünsiyyətdə ciddi problemlər yaranacaq. Münaqişələr sıralanır. Emosiyalarınıza nəzarət edin. Təxribatlara uymayın. Təmkinli davranaraq məkrli tələyə düşməyin. Problemin həlli qapını çırparaq getmək deyil.
Nüfuzlu insanla münaqişə etməyin. Dumanlı, naməlum səbəblərə görə sərfəli anlaşma və sövdələşmələrdən boyun qaçırmayın.Günün ikinci yarısında qəfil səfərə yollanmaq məsləhət deyil. Planlaşdırılmamış işlər görməyin. Belədə problemlərin sayı artacaq. Romantik görüş pərişanlıq yarada bilər. Hadisələrin pis məcrada inkişafına mane olun. Situasiyanı normallaşdırmaq üçün səylərinizi əsirgəməyin.
Oxatan - işlərinizdə əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Son vaxtlar həlli yollarını arayıb baş sındırdığınız peşəkar məsələni həll edə bilərsiniz. Həmkarlarınıza yardım edin. Alış-veriş, biznesə investisiyalar, önəmli insanlarla görüş üçün yaxşı zamandır.Günün ikinci yarısında yaxşı təcrübəyə yiyələnə bilərsiniz.Şəxsi münasibətlərinizdə harmoniyaya nail olun. Yaxınlarınızın yanınızda özünüzü rahat hiss edəcəksiniz. Sevdiyiniz insanı anlamağa çalışın. Hisslərinizi etiraf etmək üçün münasib zamandır.
Oğlaq - asan gün deyil. Çətinliklər və problemlər var. Lakin ümidinizi itirməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq mümkündür. Əzm və iradəli şəkildə çalışın, qətiyyətli olun. Çoxsaylı planlar qurmayın. Diqqəti, sadəcə, bir işə yönəldin. Yalnız belədə uğur şanslarınızı artıra bilərsiniz.Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla planlarınızı müzakirə etməyin, sirlərinizi paylaşmayın.Yaxınlarınızla fikir ayrılığı, sevdiyiniz insanla münaqişə istisna deyil. Düzgün mövqe tutduğunuzu düşünürsünüz. Nəinki güzəştə getmək istəmir - hətta qarşı tərəfi dinləmək istəmirsiniz. Belə olmaz. Güzəştlərə meylli olsanız, münasibətləri yaxşılaşdıra bilərsiniz.
Dolça - günün ilk yarısı yetərincə uğurlu olacaq. Ən cəsarətli planları reallaşdırmaq olar. İşgüzar danışıqlar pis keçməyəcək. Potensial iş yeri sahibləri və sifarişçilərlə ünsiyyətdə diqqətli davranın. Təklifləri təhlil edin.
Qarşılaşdığınız insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Yorulacaqsınız, əhvalınız pisləşəcək. Səhhətinizi qoruyun, orqanizminizin qayğısına qalın.
Balıqlar - günün ilk yarısında diqqətli olun. Çoxları sizinlə manipulyasiya etməyə çalışırlar. Başqalarının maraqlarına xidmət etməyin. Belələrinin planlarının qarşısını almaq çətin olduğundan diplomatik davranın. Amma ifrata varmayın. Kompromislərə meylli hərəkətlərinizi zəiflik kimi qəbul edə bilərlər.
Günün ikinci yarısında bədxahlarla rəqiblərə sinə gərin. Onları sakitləşdirəndən sonra situasiya yaxşılaşmağa başlayacaq.
Saatlar keçdikcə vəziyyət sakitləşməyə başlayacaq. Axşam saatları dostlarla görüş, sizi narahat edən problemlərin müzakirəsi üçün əlverişlidir.
Mənbə: Milli.Az