“ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivləşəcəyinə ümid edir”.Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.
“Biz bütün tərəfləri danışıqlar masası arxasında səyləri ikiqat artırmağa və əsas diqqəti bölgə sakinlərinə sülh gətirəcək faydalar üzərində cəmləşdirməyə çağırırıq”.
Qeyd edək ki, dünən Parisdə Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti Fransua Ollandın iştirakı ilə görüşüblər. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülmələri və onlara keçirilən qondarma “məhkəmə prosesi” ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
C. Psaki bununla bağlı sualı şərh etmək istəməyib: “Bu konkret iş barədə bizim kifayət qədər məlumatımız yoxdur”.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Onlara qarşı hazırda ermənilər qondarma “ məhkəmə prosesi” “keçirirlər”.
Mənbə: Milli.Az