Qadin.NET / Məhz təhsil üçün

Məhz təhsil üçün

 

Digitimes Research analitiklərinin proqnozuna əsasən, 2014-cü ildə Intel korporasiyası 1 milyondan çox Education Tablet planşeti tədarük edəcək. Əsasını Intel Atom prosessorları və 10 düymlük ekranlar təşkil edən planşet kompüterləri məhz təhsil müəssisələrində istifadə üçün hazırlanıb.Ekspertlər bildirir ki, Education Tablet tədricən bazardan Intelin tədris prosesi üçün uyğunlaşdırılmış başqa məhsulunu (Classmate PC noutbukları) sıxışdırıb çıxarır.Milli.Az ICT nevs-a istinadən bildirir ki, Digitimes Researchin qiymətləndirməsinə görə, növbəti il Intelin təhsil planşetlərinin tədarükü 100% artaraq 3 milyonu ötəcək. Mütəxəssislər hesab edirlər ki, bu, 2014-cü ildə Classmate PC noutbuklarının tədarükünün azalmasına səbəb olacaq.Classmate PC noutbuklarında olduğu kimi Education Tablet planşetlərinin çox hissəsinui Latın Amerikası ölkələri sifariş edir.

 

Mənbə: Milli.Az
29 oktyabr 2014
GO BACK