Qadin.NET / Ebolaya qarşı peyvənd sınaqdan üzüağ çıxacaqmı?

Ebolaya qarşı peyvənd sınaqdan üzüağ çıxacaqmı?

 

Ebola virusuna qarşı peyvəndin ilk kliniki sınağına bu həftə İsveçrənin Lozanna şəhərində başlanacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib.
Gözlənildiyi kimi, peyvənd 120 könüllü üzərində sınaqdan keçiriləcək. Sınaq ÜST-nin nəzarəti altında Lozanna Universiteti xəstəxanasında aparılacaq. Təşkilat ilk nəticələri dekabra kimi əldə edəcəyinə ümid edir. Peyvəndin sınaqları Malidə, Böyük Britaniyada və ABŞ-da keçirilən testlər seriyasında sonuncudur.
ÜST-dən bildiriblər ki, peyvənd şimpanzenin genetik modifikasiya olunmuş adenovirusuna - ChAd-Ebola, yaxud chAD3-ZEBOV - əsaslanıb. Sınaqların gedişində peyvəndin təhlükəsizliyi və onun immun cavabını stimullaşdırma qabiliyyəti qiymətləndiriləcək.
Ebolaya qarşı rVSV-ZEBOV vazekulyar stomatit virusuna əsaslanan ikinci, nisbətən daha perspektivli peyvənd Cenevrə hospitalında sınaqdan keçiriləcək.
ÜST baş katibinin innovasiyalar və səhiyyə sistemi məsələləri üzrə köməkçisi xanım Mari-Pol Kini bildirib: "Əgər vaksinlərdən hər hansı biri öz təhlükəsizliyini və effektivliyini sübut etsə, artıq gələn ilin birinci rübündə milyonlarla dozanın alınmasından ötrü ən zərər çəkmiş ölkələrdə geniş yayılması üçün onun istehsalına başlanıla bilər".
Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.
Mənbə: Milli.Az

 

29 oktyabr 2014
GO BACK