Qadin.NET / Uzun ömürlülüyün "açar"ı - Təndir çörəyi

Uzun ömürlülüyün "açar"ı - Təndir çörəyi

 

Əsrlər əvvəl hər kəsin evində təndir olardı. İndi isə hansısa evdə təndir gördükdə təəccüblənməmək olmur. Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, əslən Lənkərandan olan Tovuz rayon sakini Gülcöhrə Səfərova nənəsindən öyrəndiyi təndir çörəyi bişirmək adətini indi də yaşadır.

Təndir çörəyini uzun ömürlülüyün açarı adlandıran müsahibimiz təndiri də öz əli düzəldib. Burada yapılan çörəyin dadlı, özünəməxsus qoxusunun olması üçün xəmiri yaxşı yoğurub kündəni bərəkətli tutmaq lazımdır. Xəmir daha çox qarğıdalı unundan yoğrulur. Yaxşı acımış xəmirin bir kündəsi 5 dəqiqəyə tam bişir. Bunun üçün təndirin istiliyi normal tənzimlənməlidir. 
Qəhrəmanım təndirdə çörəkdən başqa müəyyən ət yeməklərinin bişdiyini də bildirdi. Elə bunun bariz nümunəsi kimi süfrəmizin ləziz təamlarından olan ləvəngini təndirə qoydu. Ləvənginin də təndirdə bişməsi xüsusi diqqət və bacarıq tələb edir. Keçmişdə evlərin ruzi-bərəkəti olan təndir hazırda bir çox evlərdə ərşə çıxıb. Ancaq əsrlərin yadigarı olan bu nemətə biganəlik yolverilməzdir.

Mənbə: Milli.Az

 

28 oktyabr 2014
GO BACK