Onun sözlərinə görə, belə incə belə son 7 il ərzində korsetlə gəzməsi səbəb olubMilli.Az Daily Mail-ə istinadən bildirir ki, polad məftillərdən hazırlanmış korseti belinə bağlayandan sonra Kelli pilləkənlə qalxmaqda və ya nisbətən ağır nəyisə qaldıranda hədsiz çətinliklər çəkir.Kellinin sözlərinə görə, "Marvel" komikslərindəki "Jessica Rabbit" və "Storm" obrazlarını görəndən sonra o qadınlar təki incə belə yiyələnmək fikrinə düşübmüş."İncə belli olmaq xoşuma gəlir. Anlayıram ki, əslində, mənim belim təbiətdə nadir rast gəlinən məsələdir. Ağırdır, daim korsetdə olmaq incidir. Amma gözəllik qurban tələb edir", - Kelli Li Dekay söyləyib.O, insanların mənfi reaksiyalarına da alışıb: "Mənə deyirlər ki, belə bel qeyri-təbiidir. Olsun. Saçlarımı da mavi rəngə boyayıram. Çünki hamı kimi olmaq istəmirəm".
Mənbə: Milli.Az